Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın CNBC telekanalı iddia edir.
Telekanalın mənbələrinin məlumatına görə, kompleks və sistemlər Cənubi Çin dənizinin Filippindən qərbdə möhkəmləndirilən forpostlarından son 30 gün ərzində adalara daşınıb. Bəhs edilən komplekslərin Çin hərbçilərinə 295 dəniz mili (təxminən 546 kilometr) radiusdakı gəmilərə zərbə endirməyə imkan verdiyi qeyd olunur.
“Forpostların hərbiləşdirilməsinin davam etdirilməsi bu adalara iddaları olan dövlətlər arasında Çinə etimadsızlıq yaradacaq”, - deyə Pentaqon rəsmiləri bu məlumatı şərh edərkən bildiriblər.
Qeyd edək ki, Spratli arxipelaqına Filippin, Malaziya, Vyetnam və Bruneyin də ərazi iddiaları var.
Ağalar Qəribov
Ordu.az