Poroşenko: “Ukrayna ordusu gücünə görə dünyada 29-cudur”

2018/05/1818_1525269720.jpg
Oxunub: 3461     22:37     02 May 2018    
“Ukrayna ordusu “Global Firepower” ümumdünya təşkilatının versiyası üzrə dünyanın ən güclü 29-cu ordusudur”.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bəyan edib.

“Son 4 il ərzində bir Ukrayna ordusunu yenidən formalaşdırdıq və bundan sonra da dəyanətli müdafiəçilərimizi dəstəkləməyə davam edəcəyik. Lakin başımızın gicəllənməməsi üçün ayaqlarımızın altındakı torpağı da hiss etməliyik”, - deyə Poroeşnko bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri istənilən an Donbasa tammiqyaslı müdaxiləyə hazırdır. Buna görə də Ukrayna ordusunun möhkəmləndirilməsi davam etdirilməlidir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin