Rusiya ordusu yeni PUA kompleksləri ilə təchiz ediləcək

2018/05/1817_1525264118.jpg
Oxunub: 4214     20:27     02 May 2018    
Rusiya ordusunun Sankt-Peterburqda yerləşən hərbi hissə və birləşmələrində “Orlan-10” PUA komplekslərinin texniki qəbuluna başlanıb.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Qərb Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq Sankt-Peterburqdakı hissə və birləşmələrə 40 ədəd PUA kompleksi veriləcək.

“Orlan-10” PUA-ları çoxfunksiyalıdır və xüsusi çətin ərazilərdə obyektlərin müşahidəsi üçün nəzərdə tutulub. PUA 3G və 4G şəbəkələri ilə işləməyə və qarşı tərəflərin məlumat ötürmələrini ötürməyə qadirdir.

PUA-nın çəkisi 10 kiloqram təşkil edir və 120 kiometrədək məsafəyə 10 saatdan çox havada qalmaqla uçuş həyata keçirə bilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Sankt-Peterburq   Orlan-10  


Bizi "telegram"da izləyin