Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barəəd “Valday” Beynəlxalq Diskusiya Klubu və İnkişaf Fondu şurasının sədri Andrey Bıstritski bəyan edib.
O, bu barədə Şanxayda keçirilən “Rusiya və Çin: müasir inkişaf çağırışları” konfransında bildirib.
“Dünyanın dəyişilməsi barədə mövcud danışıqlar acı reallığa çevrilib. Dünya geridönməz dəyişikliklər mərhələsinə daxil olub. Baş verənlərin bütün detallarını bilmirik, baş verənlərin bütün incəliklərinə bələd deyilik və gələcəyi qətiyyətli şəkildə təxmin edə bilmərik. Müasir dünya çağırış, həyəcan və təhlükələrlə doludur”, - deyə Bıstritski açıqlayıb.
Onun sözlərinə görə, Qərb hazırda böhran keçirir. Bu səbəbdən müasir dünya nizamında Rusiya və Çin ön plana çıxaraq yeni dünya nizamının formalaşmasına əhəmiyyətli təsir göstərəcək.
Ağalar Qəribov
Ordu.az