Ordu.az “Janes”ə istinadən xəbər verir ki, əsasən Krallıq HHQ-nin Kiprdəki “Akrotiri” bazasında yerləşdirilən təyyarələr İsrail və İordaniya sərhədində uçuş həyata keçirərkən müşahidə olunub.
Onun daha sonra İraq-Suriya sərhədinə doğru irəlilədiyi bildirilir. Britaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Birləşmiş Krallıq R1 “Sentinel” təyyarələri ilə İŞİD terror təşkilatına qarşı kampaniyaya 2015-2016-cı illər ərzində dəstək versə də, daha sonra bunu dayandırıb.
Ağalar Ağalarlı
Ordu.az