Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin donanmasına yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, “Type 001A” aviadaşıyıcısının ilk təlimlərinin bu həftəyə salınması Çin Hərbi Dəniz Qüvvələrinin 69-cu ildönümü ilə əlaqədardır.
Aviadaşıyıcının təlim vaxtının və məkanının hava və okeanın vəziyyətinə əsasən dəqiqləşdiriləcəyi bildirilir. O, bu ilin sonlarına doğru donanmanın istifadəsinə veriləcək.
Ağalar Ağalarlı
Ordu.az