6-cı Hind okeanı Donanma Simpoziumunda (IONS) iştirak edən xarici ölkə nümayəndələri IONS çərçivəsində hərbi koalisiya formalaşdırmağa hazır olduqlarını vurğulayıblar.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Hüseyn Xanzadi danışıb.
“Biz Tehranda IONS konfransına qatılan ölkələr arasında hərbi alyansın yaradılmasını təklif etdik. Həmin komandirlərin əksəriyyəti bu təklifə razı olduqlarını bildiriblər”, - deyə komandir qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İONS
İran
hərbi-alyans