Rusiyada “İsgəndər”lərin iştirakı ilə hərbi təlim keçirilib

2018/04/1682_1524567083.jpg
Oxunub: 3738     18:51     24 Aprel 2018    
Rusiyanın Sibir və Povoljya bölgələrində “İsgəndər-M” operativ taktiki zenit sistemlərinin iştirakı ilə hərbi təlimlər keçirilib.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər raket qoşunları və artilleriya dairəsinin düşərgə yığılışı çərçivəsində Sibir, Ural, Povoljye və Tacikistanada yerləşən poliqonlarda “İsgəndər”lərdən istifadə etməklə keçirilib.

5500-ə yaxın hərbçi və 1500-ə qədər hərbi texnikanın iştirak etdiyi təlimlərdə 100-dən çox şərti rəqib obyekti məhv edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İsgəndər-M   Hərbi-təlim  


Bizi "telegram"da izləyin