Ordu.az Norma.uz saytına istinadən xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Ümumi hərbi mükəlləfiyyət və hərbi xidmət haaqında” və “Özbəkistan Silahlı Qüvvələrinin ehtiyatında xidmət barədə” qanunlara edilən yeni dəyişikliklər 19 oktyabr 2018-ci ildə qüvvəyə minəcək.
Qanunlara əsasən kiçik zabitlər (leytenant, baş leytenant, kapitan, kapitan-leytenant) üçün xidmət müddəti iki il müddətinə - 42 yaşdan 45 yaşadək artırılıb.
Bütün baş zabitlər (mayor, polkovnik-leytenant, polkovnik, 3, 2 və 1-cü dərəcəli kapitanlar) üçün təqaüd yaşı 50 yaşa yüksəldilib. Daha öncə mayor, polkovnik-leytenant və 3 və 2-ci dərəcəli kapitanlar təqaüdə 45 yaşda çıxırdılar.
General heyəti üçünsə maksimal xidmət yaşı 60 olaraq saxlanılıb.
Həmçinin müxtəlif növ ehtiyat qoşunlarında yaş müddətləri dəyişdirilib. Artıq hərbi birləşmə və hissələrin komplektləşməsi üçün bütün səviyyələrdən olan zabitlər artırılacaq.
Ağalar Qəribov
Ordu.az