Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yəməndə vuruşan koalisiya qüvvələrinin mətbuat katibi polkovnik Turki əl-Maliki bildirib.
Onun sözlərinə görə, raketlər Cizənin cənubunda yerləşən Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco”ya məxsus limanı hədəf alıb.
Əl-Maliki hər iki raketin uğurla zərərsizləşdirildiyini və heç bir itki və dağıntının baş vermədiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az