Ordu.az xəbər verir ki, bu barədə Rusiya Təhlkəsizliz Şurası apararatının mətbuat xidməti məlumat yayıb.
“Konsultasiyaları Rusiya Federasiyası Təhlükəsizlik Şurası Nikolay Patruşyev və Pakistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Nasir-Xan Cancjua hər iki ölkənin nümayəndələrinin iştirakı ilə keçiriblər”, - deyə məlumatda bildirilir.
Tərəflərin Moskva və İslamabad arasında təhlükəsizlik sahəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını bildirmələri vurğulanır.
O cümlədən ikitərəfli hərbi əməkdaşlıq, beynəlxalq terrorizmlə mübarizə və informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı təsir sahəsində tərəfdaşlığın da müzakirə edildiyi qeyd olunur.
Ağalar Qəribov
Ordu.az