Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.
“Nümunə olaraq İraq və Suriyanı vurğulamaq olar. Uzun müddət ərzində ABŞ-ın başçılıq etdiyi və bütün dövrlərin ən güclü birliklərindən biri adlandırılan Qərb koalisiyasının 30-a yaxın ölkəsi İŞİD-lə mübarizə apara bilmədi. Onların təzyiqinin artması ilə İŞİD daha çox ərazilərə yayılırdı”, - deyə Şoyqu bildirib.
O qeyd edib ki, görünür məqsəd terririzmə qarşı mübarizə yox, regionda hərbi və iqtisadi mövcudluğu möhkəmləndirmək idi.
Ağalar Qəribov
Ordu.az