Ordu.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundan olan mənbələr məlumat yayıb.
Məlumata görə, Suriya ordusu və Rusiya hərbi aviasiyası bir neçə saat ərzində İŞİD mövqelərinə davamlı zərbələr endirib. 20-30 dəqiqə ərzində onlarla zərbənin endirildiyi bildirilir.
Paralel şəkildə Suriya ordusunun terrorçları artilleriya və raket qurğuları ilə atəşə tutduğu da qeyd olunur. Buna baxmayaraq, hələlik İŞİD müdafiə xətinin yarılması barədə dəqiq və birmənalı məlumat yoxdur.
Ağalar Qəribov
Ordu.az