Ermənistanda avtoqəza zamanı polkovnik ölüb - FOTOLAR

2018/04/timthumb234234234_1508750938234_1524558741.jpg
Oxunub: 3891     16:28     24 Aprel 2018    
Ermənistanda avtoqəza zamanı polkovnik rütbəli hərbi qulluqçu ölüb.

Ordu.az Shamshyan.com saytına istinadən xəbər verir ki, bu gün saat 09:30 radələrində Ararat vilayətinin Araksavan kəndinin su keçidində "Toyota Vitz" markalı avtomobil aşkarlanıb.

Xilasedicilərin həyata keçirdiyi tədbirlər nəticəsində İrəvan şəhər sakini 73 yaşlı Eduard Qevorkyanın meyiti aşkarlanaraq, avtomobildən çıxarılıb.

Məlumata görə, meyiti aşkarlanan Qevorkyan polkovnik rütbəli hərbi qulluqçu olub. Hadisə iştirakçılarının dediyinə görə, Qevorkyan milli təhlükəsizlik nazirliyinin keçmiş əməkdaşı olub.

Araşdırma aparılır.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Polkovnik   Ölüm  


Bizi "telegram"da izləyin