Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Sakit Okean Donanmasının rəsmi nümayəndəsi Nikolay Voskresenski bəyan edib.
“Təlimlər qış tədris döründə əldə olunan biliklərin təkmilləşdirilməsi xarakteri daşıyırdı. Təlimlərdə “Vladimir Monomax” gəmisi İl-38 təyyarəsinin havadan, MPK-82 və MKP-107 qayıq əleyhinə gəmilərinin dənizdən dəstəyi ilə şərti rəqibin gəmi qrupuna qarşı hücum həyata keçirilib”, - deyə Voskresenski bildirib.
O qeyd edib ki, atom kreyseri bütün tapşırıqları uğurla icra edərək hətta rəqib aviasiyasını da üstələyib.
Ağalar Qəribov
Ordu.az