“ŞƏT-ə terrorizmlə mübarizə üçün alətlər lazımdır” - Şoyqu

2018/04/1491202885345_1524553289.jpg
Oxunub: 437     11:00     24 Aprel 2018    
“Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərə onun cavabdehlik zonasında terrorizmin qarşısının alınması üçün effektiv alətlər lazımdır”.

Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

“Təhlükəsizlik sahəsində təhdid və çağırışlar dəyişir. Bu, onların daimi analizi və birgə həll yollarının axtarışını tələb edir. Artıq ŞƏT müdafiə nazirlikləri arasında əməkdaşlığı aktivləşdirmək və ümumi təhlükəsizlik sahəsində cəhdlərimizi birləşdirmək vaxtı gəlib çatıb. Birgə şəkildə təşkilatın cavabdehlik zonasında terrorizmin qarşısının alınması üçün effektiv alətlərin yaradılması vacibdir”, - deyə Şoyqu bildirib.

O həmçinin qeyd edib ki, artıq bu məqsədlə ŞƏT ölkələrinin müdafiə nazirliklərinin işçi ekspert qrupu yaradılıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ŞƏT   Şoyqu  

Xəbər lenti

“ŞƏT-ə terrorizmlə mübarizə üçün alətlər lazımdır” - Şoyqu

2018/04/1491202885345_1524553289.jpg
Oxunub: 438     11:00     24 Aprel 2018    