Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 4 əsgəri yaralanıb, daha bir əsgər isə döyüş zədəsi alıb.
Separatçılar Donetsk istiqamətində qumbaratan və pulemyotlardan istifadə ediblər.
Luqansk istiqamətində isə separatçılar tərəfindən minaatan və zenit qurğularından istifadə olunub.
Ağalar Qəribov
Ordu.az