“ABŞ dünyanı yeni silah yarışına təhrik edir” - Şoyqu

2018/04/orig-152454515738f915e42e5745169bee3c16755cc9e74353_1524549180.jpeg
Oxunub: 4126     13:52     24 Aprel 2018    
“Birləşmiş Ştatlar dünyanı yeni silah yarışına təhrik edir”.

Ordu.az Nation-news.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin müdafiə nazirlərinin iclasında bəyan edib.

“Birləşmiş Ştatlar beynəlxalq münasibətlərdə hegemonluğunu qorumaq istəyi əsasında öz fəaliyyəti ilə dünyanı yeni silah yarışına təhrik edir”, - deyə Şoyqu bildirib.

Onun sözlərinə görə, ABŞ təsir dairələrinin bölüşdürülməsi və regional, həmçinin qlobal liderlik uğrunda sərt mübarizə şəraitində dünyada birqütblü idaretmə forması yaratmağa çalışır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Şoyqu   Silah-yarışı  


Bizi "telegram"da izləyin