Aİ İranın nüvə proqramın dair razılaşmaya sadiqdir

2018/04/7_1524491806.jpg
Oxunub: 3513     21:49     23 Aprel 2018    
“Avropa İttifaqı İranın nüvə proqramı üzrə Birgə Fəaliyyət Plana (BFP) sadiqdir və bütün tərəflərdən onun yerinə yetirilməsini gözləyir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının silahsızlaşdırma və yayılmama məsələləri üzrə xüsusi nümayəndəsi Yatsek Bilitsa bəyan edib.

Bilitsa qeyd edib ki, BFP hətta nüvə silahının yayılmaması sahəsində ən çətin və qəliz məsələlərin həll edilə biləcəyini göstərir.

“Bu razılaşmanı saxlamaq bizim ümumi maraqlarımızdadır. O, qlobal yayılmama rejiminin saxlanılması və sülhün qorunması baxımından böyük önəm kəsb edir”, - deyə Bilitsa bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İran   Nüvə-proqramı  


Bizi "telegram"da izləyin