Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məlumata görə, konkursun əsas şərtləri kosmosa çox qısa zamanda çıxmaqda ifadə olunur.
“Ölkəmizin kosmik memarlığı hazırda işi 10 ilədək davam edən işlərlə ölçülür. Lakin bu işlərin zamanını azaltmağı və bunun hesabına kosmosdakı qruplaşmanı artırmaq niyyətindəyik”, - deyə məlumatda bildirilir.
Bu konkursda qalib gələcək şirkət üçün hansı miqdarda vəsaitin ayrılacağı hələlik açıqlanmayıb.
Ağalar Qəribov
Ordu.az