Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxtın 8 kilometrliyində yerləşən Yarmuk düşərgəsi tamamilə ordu qüvvələri tərəfindən əhatələnib.
Məlumata görə, əməliyyatda hökumət qüvvələrinə bölgədə məskunlaşmış fələstinli qaçqınlar dəstək verməyə başlayıb. Ordu ərazinin mühasirəsini durmadan daraltmağa davam edir.
Ağalar Ağalarlı
Ordu.az