Putin və Makron nüvə razılaşmasının davam etdirilməsini dəstəkləyirlər

2018/04/345345_1524485430.jpg
Oxunub: 1974     20:11     23 Aprel 2018    
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron İranın nüvə proqramı üzrə Ümumi Fəaliyət Planının realizəsinin davam etdirilməsi mövqeyindən çıxış ediblər.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti iki lider arasında baş tutan telefon danışığına dair bəyanatda məlumat yayıb.

Məlumata görə, hər iki lider İranın nüvə prqoramı üzrə razılaşmanın realizəsinin davam etdirilməsini beynəlxalq təhlükəsizliyin təminatında vacib amil adlandırıblar.

Qeyd edək ki, 2015-ci ilin iyulunda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – Rusiya. Çin, Britaniya, ABŞ, Fransa, o cümlədən Almaniya Tehranın nvə probleminin tənzimlənməsi üzrə razılıq əldə ediblər. Artıq 2016-cı ilin yanvarında müqavilənin realizəsinə başlanıb. 2018-ci ilin yanvar ayında isə ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın nüvə proqramı üzrə iştirakını dayandıracağını açıqlayıb.

Ağalar Qəribov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin-Makron   İran   Nüvə-proqramı  


Bizi "telegram"da izləyin