Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Kütləvi Məhvetmə və Yayılmama Məsələləri üzrə baş direktoru Kristofer Ford Milli Təhlükəsizlik Şurasında bəyan edib.
“Nüvə silahının yayılmaması rejimi KXDR tərəfindən sərt şəkildə pozulur. Vaşinqton hesab edir ki, Pxenyan nüvə silahının yayılmaması üzrə öz vəzifələrinin icrasına qayıtmalıdır”, - deyə Ford bildirib.
O qeyd edib ki, İran da nüvə silahının yayılmaması rejiminə zərbə endirir və Tehran silahlanma sahəsində işini yalnız potensial ağır nəticələrlə üzləşəndə dayandırıb.
Ağalar Qəribov
Ordu.az