“ABŞ-la İrana dair əlaqələrin yaradılması planlaşdırılmır” - Peskov

2018/04/1474_1523529472_1524484133.jpeg
Oxunub: 3985     19:47     23 Aprel 2018    
“ABŞ-la İranın nüvə proqramı üzrə Birgə Ümumi Planın taleyi barədə yüksək səviyyədə əlaqələrin yaradılması planlaşdırılmır”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Rusiya özünün İranın nüvə müqaviləsinin həyati əhəmiyətini saxlamasına dair ardıcıl mövqeyini davam etdirir. Biz hesab edirdik ki, o, alternativə malik deyil və bütün tərəflər ona riayət etməlidir”, - deyə Peskov bildirib.

O qeyd edib ki, Rusiya prezidenti aydın mövqeyə görə bu fəaliyyət planını qaneedici hesab edir və ona hazırda alternativ olmadığını düşünür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-İran   Peskov  


Bizi "telegram"da izləyin