SQQ Dəməşqin cənubuna yüzlərlə əlavə əsgər göndərib

2018/04/13950111000264_PhotoI435_1524483956.jpg
Oxunub: 2667     19:44     23 Aprel 2018    
Suriya Quru Qoşunları Dəməşqin cənubundakı Şərqi Qalamun bölgəsinə yüzlərlə əlavə əsgər göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məqsəd İŞİD-ə qarşı hərbi kampaniyaya dəstək təmin etməkdir.

Məlumata görə, göndərilən elit qüvvələr müasir hərbi texnikalarla təchizatlanıb. Son döyüşlərdə yeni qələbələr qazanan ordu İŞİD-lə döyüşləri intensivləşdirməyi planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Dəməşq  


Bizi "telegram"da izləyin