Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş İsveç baş naziri Stefan Lyovyenlə görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib.
“Ölkələrin fərqli baxışlara malik olduqları bir çox amillərə baxmayaraq keçmişin təcrübəsində istinad edərək çıxış yolunun tapıla biləcəyinə ümid edirəm. Səmimi şəkildə inanıram ki, ölkələr bu istiqamətdə işlərin görülməsi üçün səylərini əsirgəməyəcəklər”, - deyə Quterreş bildirib.
O qeyd edib ki, ümumi mexanizmin yaradılması hazırda çox çətin görünür, ancaq BMT çərçivəsində vahid mexanizm yaratmağa ümid var.
Ağalar Qəribov
Ordu.az