Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatın əsas hədəfi isə terrorçuların gücləndiyi Yarmuk düşərgəsidir.
İlk öncə İŞİD razılaşmağa qərar verdiyini açıqlasa da, qısa müddət sonra bir qrup terrorçu bundan boyun qaçırıb və vuruşmağa davam edəcəyini bildirib.
Hazırda ordu qüvvələri bir neçə istiqamətdən düşərgəyə hücum edir. Artıq bir sıra ərazilərin nəzarətə alındığı bildirilir.
Xəritədə yaşıl rənglə işarələnmiş ərazi üsyançıların, sarı zolaqla çevrələnmiş hissə isə İŞİD-in nəzarətindəki bölgəni göstərir. Xəritədən də göründüyü kimi Suriya hökumət qüvvələri hər iki bölgəni çevrələyib və müxtəlif istiqamətlərdən hücumlar edir.
Ağalar Ağalarlı
Ordu.az