Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko öz “Twitter” səhifəsində məlumat yerləşdirib.
“Qurğu hərəkətdə olan və olmayan müasir zirehli hədəflərin məhv ediməsinə zəmanət verən texniki üstünlüyə malikdir”, - deyə Poroşenko bildirib.
Daha öncə Kiyevdə yerləşən “Luç” konstruktor bürosunun Ukrayna istehsalı olan “Stuqna-P”nin ixrac versiyası kimi istehsal edilən “Skif” raket kompleksini təkmilləşdirdiyi məlum olub.
Sınaqlar çərçivəsində sifarişçi ölkənin nümayəndələrinin də iştirak etdiyi bildirilir, lakin həmin ölkənin adı açıqlanmır.
Ağalar Qəribov
Ordu.az