Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində ən azı 20 nəfər həlak olub, daha 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, hadisə Hədca vilayətində baş verib. Mərmilər toy keçirilən binanın üzərinə düşüb.
Zərbədən az öncə Yəmən qiyamçıları Səudiyyə Ərəbistanına iki raket atıb. “Al Arabiya” telekanalının məlumatına görə, raketlərdən biri HM sistemləri tərəfindən məhv edilib, digəri isə səhralıq ərazidə partlayıb.
Ağalar Qəribov
Ordu.az