ABŞ Suriyanın bərpasına kömək etməyin lazım olmadığı qənaətindədir

2018/04/409234_1524473956.jpg
Oxunub: 2228     17:13     23 Aprel 2018    
ABŞ hesab edir ki, Suriya prezidenti Bəşər Əsədin rəhbərlik etdiyi hökumət qoşunları tərəfindən nəzarət olunan ərazilərdə bərpa prosesinə hər hansı yardım göstərmək lazım deyil.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Dpeartamenti “yeddilik” ölkələrinin xarici işlər nazirlərinin görüşünün nəticələri barədə yaydığı bəyanatda bildirilir.

“Birləşmiş Ştatlar Əsəd rejimi tərəfindən nəzarət edilən ərazilərin bərpasına hər hansı kömək göstərməli olduğunu düşünmür”, - deyə məlumatda bildirilir.

Məlumata görə, ABŞ Bəşər Əsədin qoşunları tərəfindən nəzarət olunan bölgələrə pul xərcləmək istəmir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya-böhranı  


Bizi "telegram"da izləyin