ABŞ kosmosa raketlərin göndərilməsini tezləşdirməyə çalışır

2018/04/dims34543_1524472674.jpg
Oxunub: 3623     16:36     23 Aprel 2018    
Orbitə missiya göndərilməsinin qrafikləşdirilməsi və hazırlanması aylar və illər çəksə də, ABŞ-ın hərbi tədqiqat agentliyi (DARPA) bunun daha qısa vaxta sığdırıla bilinəcəyini düşünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, DARPA kompaniyalara missiyaların göndərilməsinə sərf edilən vaxtı illərdən günlərə endirilməsi çağırışı edib.

DARPA-nın komandası bir neçə gün ərzində Yerin aşağı orbitinə iki raket göndərilməsini təmin edə biləcək sistem üzərində işləyir. Bununla bağlı DARPA 2019-cu ildə müsabiqə başlatmağı və qalibə 10 milyon dollar mükafat təqdim etməyi planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kosmos   Raketlər  


Bizi "telegram"da izləyin