Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin Pakistandakı səfiri Yao Jing danışıb.
“Qəti şəkildə aydınlaşdırmaq istəyirəm ki, iki ölkə arasındakı iqtisadi dəhliz sadəcə ticari məqsəd daşıyır. Bizim bu məsələdə heç bir hərbi və strateji məqsədimiz yoxdur”, - deyə səfir bildirib.
Qeyd edək ki, Pekin Pakistana 2030-cu ilə qədər limanlar, dəmiryolları, hava limanları, enerji stansiyaları və digər infrastrukturların tikilməsi məqsədilə 63 milyard dollar investisiya yatıracağını bildirib.
Ağalar Ağalarlı
Ordu.az