Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, Şərqi Quta və Şərqi Qalamunda əldə edilən uğurlardan sonra ordunun diqqəti indi də Dəməşqdən kənar bölgələrə cəmlənib.
Hücumlardan biri İordaniya və Colan təpələrinin yaxınlığında yerləşən Dera ilə Əl-Küneytrə vilayətləri istiqamətində həyata keçiriləcək. Bu hücumu Suriya Ərəb ordusunun 4-cü diviziyası rəhbərlik edəcək.
Qeyd edək ki, bölgəyə hücum daha öncə planlaşdırılsa da, İordaniya hökuməti Rusiya Uzlaşma Mərkəzindən hücumun təxirə salınmasını xahiş edərək ərazidəki qüvvələrə razılığa gəlməklə bağlı təzyiq edəcəyini bildirib. Lakin artıq bundan 14 gün vaxt keçib və nəticə əldə edilmədiyindən dolayı Suriya ordusu qarşıdakı həftələrdə əməliyyata başlayacaq.
Digər hücum isə Suriyanın şimalına həyata keçiriləcək. Bu bölgədəki cəbhə Suriyanın cənubundakı qədər geniş olmasa da, burada yerləşən Cabal Əl-Akrad, Al-Xaab və Cisr Al-Şuqour əraziləri Suriya ordusu üçün əhəmiyyət kəsb edir.
Ağalar Ağalarlı
Ordu.az