“Taliban” təhlükəsizlik qüvvələrinə hücum etdi: 16 ölü

2018/04/234234234_1524469825.jpg
Oxunub: 1523     15:48     23 Aprel 2018    
“Taliban” qiyamçılarının Əfqanıstanda eyni zamanda həyata keçirdiyi iki hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 16 üzvü həlak olub

Ordu.az “Business İnsider”ə istinadən xəbər verir ki, hücumlar ölkənin Badxis vilayətində baş tutub.

Vilayətin polis rəisinin müavini Qulam Sərvər Heydərinin sözlərinə görə, hücumda geniş sayda qiyamçı iştirak edib. Onlar Ab Kamari rayonundakı hərbi hissəyə hücum edərək 9 əsgəri qətlə yetirib.

Eyni zamanda Qadis rayonunun polis bölməsinə də hücum edilib və nəticədə 7 polis həlak olub.

Hələlik hücumlara görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, Heydəri “Taliban”ı günahlandırıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Hücum  


Bizi "telegram"da izləyin