Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş SVT telekanalına müsahibəsində bəyan edib.
“Artıq dünyadakı beynəlxalq problemlərə təsir göstərmək üçün mexanizm yoxdur. Hər şey nəzarət altından çıxır”, - deyə Quterreş bildirib.
O qeyd edib ki, hazırda Suriya ətrafındakı problemləri də BMT Təhlükəsizlik Şurasında mövcud olan prinsipial fikir ayrılığına görə həll etmək mümkün deyil.
“Suriyada bir neçə ordu, bütün mümkün qiyamçılar, bütün dünyadan döyüşçülər, müxtəlif maraqlar, regional və qlobal güclərin qarşıdurması, dinir müxtəlifliklərin vahid ola bilməməsi kimi cəhətlər var. Bütün bunlara təsir göstərmək üçün mexanizmə malik deyilik”, - deyə Quterreş açıqlayıb.
Ağalar Qəribov
Ordu.az