Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, simpoziumda dünyanın 35 ölkəsindən yüksək səlahiyyətli hərbi nümayəndə heyətləri iştirak edir.
İki gün davam edəcək tədbirdə Hindistan, Türkiyə, Avstraliya, Fransa, Cənubi Afrika, Sinqapur kimi ölkələr də iştirak edir. Bunlardan bəziləri Simpoziumun daimi üzvü olduğu halda, bəziləri müşahidəçi statusa malikdir.
Qarşıdakı iki il ərzində rəhbərliyi İranın həyata keçirdəcəyi Hind Okeanı Donanma Simpoziumu iki ildən bir baş tutur və öncəki görüşlər Hindistan, BƏƏ, Cənubi Afrika, Avstraliya və Banqladeşdə həyata keçirilib.
Simpoziumun məqsədi Hind okeanı regionunda yerləşən dövlətlərin donanmaları arasında əməkdaşlığı gücləndirməkdir.
Ağalar Ağalarlı
Ordu.az