Rusiya Britaniyanın hərbi bazalarını təftiş edəcək

2018/04/5add1f7bfc7e93df528b45d1435345_1524466830.jpg
Oxunub: 4136     14:59     23 Aprel 2018    
Rusiyanın hərbi ekspertləri Birləşmiş Krallığın hərbi bazaları və aktivliyini təftiş etməyi planlaşdırır.

Ordu.az RT-yə istinadən xəbər verir ki, bu barədə Milli Nüvə Riskini Azaltma Mərkəzinin (MNRAM) rəhbəri Sergey Ruzkov bəyan edib.

London və Moskva arasında gərginliyin artmasına baxmayaraq, Rusiya Müdafiə Nazirliyinin nəzdində olan MNRAM-ın ekspertləri Britaniyaya səfər etməyi düşünür. Bu iki ölkə arasında 2011-ci ildə əldə edilən qarşılıqlı razılaşmanın tələblərinə uyğundur.

“İnam və Təhlükəsizliyi artırma tədbirləri çərçivəsində razılaşdırılmış 2011-ci Vyana protokoluna əsasən 23-26 aprel tarixlərində bir qrup rus inspektorun Britaniyanin hərbi bazlarını təftiş etməsi planlaşdırılır”, - deyə Sergey Ruzkov bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Britaniya   Hərbi-baza  


Bizi "telegram"da izləyin