Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Fire Dragon” adlı raket AR3 çoxsaylı-atış raket sistemləri üçün hazırlanıb.
Məlumata görə, raketin vuruş məsafəsi 290 kilometrdir. O, 480 kiloqram ağırlığında döyüş başlığı daşıya bilir.
Səkkiz təkərli AR3 sistemi isə iki raket daşıya bilir və həm dənizdə, həm də quruda hədəfləri vurmağa qadirdir. 750 mm-lik kalibrli raket Çin tərəfindən ixrac edilən ən böyük taktiki raketlərdən biridir.
Ağalar Ağalarlı
Ordu.az