Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Lavrov səfəri çərçiəsində Dövlət Şurasının üzvləri və Çin xarici işlər naziri Van İ ilə görüşəcək. Həmçinin Rusiya xarici işlər nazirinin Si Tsinpinlə görüşəcəyi də vurğulanır.
Aprelin 24-də isə Lavrov Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Qeyd edək ki, Lavrovun keçirəcəyi görüşlər çərçivəsində aktual məsələlər, xüsusilə Suriya problemi və Koreya yarımadasının nüvəsizləşdirilməsi, o cümlədən dünyadakı yeni təhdid və çağırışlarla mübarizə əsas mövzular olacaq.
Ağalar Qəribov
Ordu.az