Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Şoyqunun mətbuat katibi Rossiyana Markovskaya bəyan edib.
“Rusiya, Hindistan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan müdafiə nazirləri iclasda aktual beynəlxalq məsələlər və regional təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparacaqlar. Ölkələrin Şanxay Əməkdaşlıq Təşkilatının cavabdehlik zonasında yeni təhdid və çağırışlara adekvat reaksiya göstərməsinə dair birgə tədbirləri müzakirə olunacaq”, - deyə Markovskaya bildirib.
Qeyd edək ki, iclas aprelin 24-də Pekin şəhərində keçiriləcək.
Ağalar Qəribov
Ordu.az