“Northrop Grumman” ABŞ Hərbi Dəniz Qüvvələri ilə 51,8 milyon dollar dəyərində müqavilə imzalayıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müqavilə çərçivəsində “Northrop Grumman” Yaponiyanın E-2C “Hawkeye” təyyarələrinin çatdırılması və sınaqlarının keçirilməsi üçün dəstək xidməti təmin edəcək.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Northrop-Grumman
ABŞ
Yaponiya