Ordu.az TASS informasiya agentliyinə istiandən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən olan mənbələr cümə günü dövlət katibinin siyasi məsələlər üzrə katibi Tomas Şennonla Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov arasında baş tutan görüşü şərh edərkən bildiriblər.
“Onlar hər iki tərəfi narahat edən məsələləri müzakirə ediblər. Şennon ABŞ-ın Rusiya ilə açıq dialoqun saxlanılması və strateji stabilliyin dəstəklənməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
Həmçinin tərəflərin Suriya və Yaxın Şərqdə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi apardıqları da vurğulanıb.
Ağalar Qəribov
Ordu.az