Yaponiya cənub sahillərində Çin aviadaşıyıcısı aşkarlayıb

2018/04/6456456456456_1524293389.jpg
Oxunub: 4299     14:48     21 Aprel 2018    
Yaponiya Özünümüdafiə Qüvvələri Okinava prefekturasının cənubunda “Lyaonin” aviadaşıyıcısı da daxil olmaqla 7 Çin hərbi gəmisi aşkarlayıblar.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Çin Hərbi Dəniz Qüvvələri Ynaquni adasında 350 kilometr cənubda hərbi manevrlər keçirib.

“Bu, “Lyanin” aviadaşıyıcısndan qırıcıların Sakit okean üzərində səmaya qalxdığı ilk dəfədir”, - deyə Yaponiya Müdafiə Nazirliyi açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin-aviadaşıyıcısı  


Bizi "telegram"da izləyin