Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Sakit okean Kommandanlığının rəhbəri admiral Filip Davidson səsləndirib.
“Bir dəfə işğal edildisə, Çin artıq öz təsirlərini Okeaniyanın daxilinə doğru və ya cənub istiqamətində minlərlə mil genişləndirə biləcək. XAO regiondakı ABŞ mövcudluğuna meydan oxuyacaq bazalardan istifadə etməyə imkan qazanacaq”, - deyə o, bildirib.
O, artıq Çinin Cənubi Çin dənizinə nəzarət etdiyini əlavə edib və gələcəkdə ABŞ-ın potensial müharibəni qazanması üçün lazım olan xüsusiyyətləri açıqlayıb.
“Gələcəkdə, hipersəs və birbaşa enerji silahları, dayanıqlı kosmos, kiber və şəbəkə imkanlı, yaxşı təlim görmüş əsgərlər, dənizçilər, hava döyüşçüləri müharibəni qazanmağımız üçün olduqca əhəmiyyətli olacaq”, - deyə Davidson əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az