Şimali Koreya nüvə sınaqlarını dayandırır

2018/04/45698435145_1524287435.jpg
Oxunub: 2795     13:09     21 Aprel 2018    
Şimali Koreya nüvə və raket sınaqlarını dondurmağa və atom sınaq poliqonlarını bağlamağa qərar verib.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, sürpriz qərar Koreya Dövlət Mərkəzi Xəbər Agentliyi vasitəsilə elan edilib.

“Biz aprelin 21-dən etibarən nüvə sınaqları və qitələrarası ballistik raketlərin sınaq atışlarını dayandırırıq”, - deyə agentlik bildirib.

Məlumata görə, qərar iqtidar Koreya Fəhlə Partiyasının görüşündə qəbul edilib. Məlumatda Şimali Koreyanın nə nüvə silahlarından istifadə etməyəcəyi, nə də nüvə texnologiyasını heç bir şərt altında ötürməyəcəyi vurğulanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Nüvə-sınağı   Ballistik-raket  


Bizi "telegram"da izləyin