Kiçik “nano-peyklər” tezliklə ABŞ Quru Qoşunlarının qurudakı müharibələri qazanma planlarında böyük rol oynaya bilər.
“Fox News” istinadən xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının Kosmos və Raketdən Müdafiə Komandanlığının rəhbəri general-leytenant Cim Dikinson bildirib.
Onun sözlərinə görə, Quru Qoşunları üçün əsas narahatlıqlardan biri potensial düşmənlərinin ABŞ peyklərini sıxışdıra biləcəyidir. O müharibənin xarakterinin dəyişdiyini vurğulayıb.
Dikinson rəhbərlik etdiyi qurumun böyük peyklərdə rastlanan dağıntıları kompensasiya etmək məqsədilə “nano-peyklər” hazırladığını qeyd edib.
On illərlə orbitdə qalması üçün hazırlanmış böyük peyklərdən fərqli olaraq “nano-peyklər” orbitdə aylar və ya həftələr ərzində qalacaq.
Ağalar Ağalarlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Nano-peyk