“Nexter” Malaziyanı haubitsalarla təchiz edəcək

2018/04/received_1159515244191422_1524240036.jpeg
Oxunub: 4007     00:02     21 Aprel 2018    
Fransanın “Nexter” şirkəti Malaziya Silahlı Qüvvələrini 105 millimetrlik “LG-1 Mk.3” haubitsası ilə təchiz edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Malaziya Müdafiə Nazirliyi məlumat yayıb.

Haubitsalara dair müqavilə aprelin 18-də malaziyada keçirilən DSA-2018 sərgisi çərçivəsində “Nexter” şirkətinin regiondakı təmsilçisi “Advanced Defense Systems” şirkəti ilə imzalanıb.

Müqaviləyə əsasən 6 haubitsadan ibarət ilk partiya Malaziya SQ-yə 2019-cu ilin noyabrınadək həyata keçiriləcək. Digər bütün haubitsaların təchizatı isə 2020-ci ilin fevralında tamamlanacaq.

Alınan haubitsalar Malaziya ordusunun 10-cu desant briqadasının 1-ci artilleriya polkuna təhvil veriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malaziya   Nexter  


Bizi "telegram"da izləyin