Pentaqon Çini çəkindirə biləcək yeni silahlar yaratmaq üzrə yarışır

2018/04/Laser_Weapon_System_aboard_USS_Ponce_AFSBI-15_in_November_2014_02-550x330_1524237614.jpg
Oxunub: 1551     23:18     20 Aprel 2018    
ABŞ Müdafiə Nazirliyinin yeni texnologiyalar hazırlama məsələsində ən yüksək prioriteti Çini çəkindirməyə qadir silahlar yaratmaqdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun Tədqiqat və Mühəndislik bölməsinin rəhbəri Maykl Qriffin bildirib.

Senatın Silahlı Xidmətlər komitəsinin dinləmələrində iştirak edən Qriffin Soyuq Müharibədən sonra meydana gələn dövrdən olduqca yaxşı istifadə etdiyini vurğulayıb. Birləşmiş Ştatlar həmin dövrdə müdafiə tədqiqatı və inkişafına “Soyuq Müharibə” vaxtı etdiyi qədər yatırım etmədi.

“Qaliblər heç vaxt nəsə öyrənmir, lakin əvəzində məğlublar həmişə yeni şeylər öyrənir. Çin tam şəkildə necə super güc olacağını anlayıb. Biz onlara bunun nümunəsini verdik, onlar da icra etdilər”, - deyə Qriffin əlavə edib.

“Çinin üstünlüyünü azaltmaq və Çini riskdə saxlayacaqAmerika silahlarını yaratmaq mənim ən ali prinsipimdir”, - deyə o söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin   Maykl-Qriffin  


Bizi "telegram"da izləyin