ABŞ naqilsiz enerji ötürülməsi yollarını araşdırır

2018/04/size034534_1524228650.jpg
Oxunub: 1832     20:49     20 Aprel 2018    
ABŞ Quru Qoşunlarının planlaşdırıcıları öz hərbi personalı üzərində fiziki yükü azaltmağın yollarını araşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, hər bir əsgərin hazırda heç vaxt olmadığı qədər ləvazimatları təchiz olunması nəticəsində onların artan yükünün azaldılması məqsədini daşıyır.

Ordunun Elm və Texnologiyalar idarəsi bunun üçün müxtəlif növ texnologiya və konsepsiyaları nəzərdən keçirir. Bu texnologiyaların təkmilləşdirilməsi üçün 5-6 milyon dollarlıq vəsaitin ayrılması planlaşdırlıb.

Naqilsiz enerji təchizatının mümkün olacağı təqdirdə, ordunun əsgərləri dəbilqə və jiletləri arasındakı ağır kabellərdən yaxa qurtara biləcəklər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Enerji-təchizatı  


Bizi "telegram"da izləyin