Makronun zəifliyi: Suriyaya 12 fransız raketi atılsa da...

2018/04/5ad8f9a9dda4c819288b4584456_1524225873.jpg
Oxunub: 1844     20:02     20 Aprel 2018    
Fransa donanması planlaşdırılmış bombardmanın həyata keçirilməsi uğursuz olduqdan sonra Suriyaya 3 ədəd qanadlı raket atılması üçün ehtiyat döyüş gəmisindən istifadə etdi.

Ordu.az RT-yə istinadən xəbər verir ki, havadan atılan raketlərdə də problemlər ortaya çıxıb. 10 raketdən ən azı birinin atışı uğursuz olub.

Fransa donanması ilk atəşin uğursuz olduğunu təsdiqləyib və ehtiyat gəminin dəniz əməliyyatı üçün ayrılmış normal kontingentə aid olduğunu bildirib.

Hücum zamanı istifadə olunan beş “Rafale” qırıcısının hər biri iki ədəd “SCALP” raketi daşıyıb. Onlardan sadəcə doqquzu normal şəkildə alovlanıb. Onuncuda isə problem meydana gəlib və təhlükəsiz zonaya atılmaq məcburiyyətində qalıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Raket-hücumu  


Bizi "telegram"da izləyin